“Qafqazinfo”nun məlumatına görə, qrup üzvləri “Yayın ritmi” adlı konsert proqramında bir-birinin ardınca sevilən kompozisiyalarını səsləndirib. Qrupun ifaları alqışlarla qarşılanıb.
Konsertə müğənnilər Emil Bədəlov, Günay İbrahimli, Sevda Yahyayeva,Abdul Xalid, prodüser Namiq Qafarov və başqaları qatılıb.
Qeyd edək ki, 2001-ci ildə yaradılan “Natiq” ritm qrupu bir çox musiqi mükafatlarına layiq görülüb, xarici ölkələrdə Azərbaycanı uğurla təmsil edib. 2014-cü ildə ilk dəfə tələbələrini məzun edən Natiq Şirinov bu münasibətlə möhtəşəm hesabat konserti təşkil etmişdi. Əməkdar artistin oğlu Ümid də tələbələri sırasındadır
Könül
Son xəbərlər
Son Xəbərlər