NATO-nun Varşava sammitində üzv ölkələr tərəfindən dövlət və hökumət başçıları səviyyəsində yekun kommünike qəbul edilib.
”Qafqazinfo”nun məlumatına görə, kommunikenin 24-cü paraqrafında NATO-ya üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəkləməkdə sadiq olduqlarını bir daha vurğulayaraq Cənubi Qafqazda mövcud olan münaqişələrin məhz beynəlxalq hüququn bu prinsipləri və normaları, BMT Nizamnaməsi və Helsinki Yekun aktı əsasında həllini dəstəklədiklərini ifadə ediblər.
Xatırladaq ki, NATO-nun bundan əvvəlki zirvə toplantılarında, o cümlədən 4-5 sentyabr 2014-cü ildə Uelsdə keçirilmiş sammitinin yekun bəyanatında da alyansın üzv dövlətləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəklərini ifadə edərək, Cənubi Qafqazdakı münaqişələrin məhz bu prinsiplər əsasında həllini dəstəklədiklərini vurğulayıblar. Dövlətlərin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməyin qəbuledilməzliyi vurğulanmış və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsinin vacibliyi qeyd olunub.
Son xəbərlər
Son Xəbərlər