NATO-nun “Ramstein Alloy 2023-1” hava təlimi Baltik dənizi üzərində keçirilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, builki təlimlərdə Almaniya, Portuqaliya, Rumıniya, Finlandiya, Litva və İspaniya da iştirak edib.
F-16 təyyarələri müxtəlif döyüş tapşırıqlarını yerinə yetirib və quru qoşunlarına yaxın havadan dəstək verib.
NATO-nun bəyanatında, müttəfiqlər arasında koordinasiyanı artırmaq məqsədi daşıyan təlim sayəsində müttəfiq təyyarələrin Baltikyanı hava məkanına inteqrasiyasının artdığı bildirilib.
Son xəbərlər
Son Xəbərlər