NATO Baş katibi Lavrovu danışıqlara çağırdı

nato-bas-katibi-lavrovu-danisiqlara-cagirdi
Oxunma sayı: 1019

NATO Baş katibi Yens Stoltenberq Rusiyanın xarici işlər naziri Sergey Lavrova məktub ünvanlayıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Stoltenberq açıqlayıb.

Onun sözlərinə görə, o, Rusiya xarici işlər nazirinə hərbi şəffaflıq və Ukraynadakı vəziyyətlə bağlı yeni danışıqlar aparmaqla bağlı məktub göndərib.