NATO Belarus və Rusiya sərhədində təlim keçirdi

NATO Belarus və Rusiya sərhədində təlim keçirdi
Oxunma sayı: 1118

NATO qüvvələri Polşanın şimalında Rusiya və Belarus sərhədi yaxınlığında təlim keçirib.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Polşanın Müdafiə Nazirliyi yayıb. 

Məlumata görə, “Tumak-22” adlı təlimlərdə 2 min hərbçi iştirak edib. Hərbi təlimlərə polşalı hərbçilərlə yanaşı, ABŞ, Britaniya, Rumıniya və Xorvatiya hərbi qulluqçuları da qatılıb. 

Bununla yanaşı, təlimlərə 1000 ədəd döyüş texnikası cəlb olunub.