Rusiya prezidenti Vladimir Putinin açıqlamasına NATO-da cavab gecikməyib.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Putin martın 1-də etdiyi çıxışında Rusiyanın hava hücumundan müdafiə üçün yeni nüvə raketləri və dənizaltı dronlar hazırladığını, yeni silahların NATO-nu “işə yaramaz” durumuna gətirdiyini bildirmişdi:
“15 ildir silahlanma “yarışını” girənlərə və ölkəmizin inkişaf etməsinin qarşısını almaq üçün müxtəlif sankasiyalar tətbiq edənlərə səslənirəm: Rusiyanı dayandıra bilmədiniz”.
NATO-nun sözçüsü Oana Lungesku Putinin bu açıqlamasına cavab olaraq bildirib ki, Rusiyanın ittifaq üzvlərini təhdid etməsi qəbuledilməzdir.
O, raket hücumundan müdafiə sisteminin Rusiyanı hədəfə almadığını, Avro-Atlantik bölgəsi xaricindən gələbiləcək ballistik raket hücumlarına qarşı qorunmaq üçün hazırlandığını bildirib:
“Biz hər cür təhdidlərə qarşı bütün müttəfiqlərimizi qorumağa hazır olan müdafiə ittifaqıyıq. Yeni bir “soyuq müharibə” və ya silahlanma istəmirik”.
Son xəbərlər
Son Xəbərlər