Rusiyanın NATO-dakı 7 diplomatının akreditasiyası ləğv edilib.
“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq açıqlama verib.
O, Rusiyanın NATO-dakı üzvlərinin sayının 20-yə endirildiyini bildirib.
Qeyd edək ki, dünən 60-ı ABŞ-dan olmaqla bir neçə ölkədən ümumilikdə 100-dən çox rus diplomat deportasiya edilib.
Son xəbərlər
Son Xəbərlər