NATO-dan Rusiyaya - Xəbərdarlıq

nato-dan-rusiyaya
Oxunma sayı: 2850

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyaya Ukrayna ilə bağlı xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Y.Stoltenberq NATO Xarici İşlər Nazirləri toplantısının gündəliyi ilə bağlı mətbuat konfransında açıqlama verib.

"Aydındır ki, Rusiya Ukraynaya qarşı güc tətbiq etsə, bunun nəticələri və xərcləri olacaq. Ona görə də biz Rusiyanı gərginliyi azaltmağa çağırmağa davam edirik", - deyə Stoltenberq deyib.

Stoltenberq əlavə edib ki, təcili təhlükəsizlik məsələlərini həll etmək üçün gələn həftə görüş baş tutacaq. O vurğulayıb ki, prioritet məsələ Rusiyanın Ukrayna sərhədində davam edən hərbi güclənməsidir.

"Bura tanklar, artilleriya, zirehli bölmələr, pilotsuz təyyarələr və elektron döyüş sistemləri, həmçinin döyüşə hazır birləşmələr daxildir", - Stoltenberq qeyd edib.

Baş katib bildirib ki, NATO tərksilahda aparıcı rolunu qoruyub saxlamaqda qərarlıdır:

“Amma biz sadəlövh olmamalıyıq. Rusiya yeni silah sistemləri hazırlamağa və yerləşdirməyə davam edir. Keçən həftə Rusiya Beynəlxalq Kosmik Stansiyanı riskə atan ehtiyatsız raket sınaqları keçirdi. Çin də sürətlə adi və nüvə arsenalını genişləndirir, imkanları haqqında heç bir şəffaflıq təmin etmir”.