NATO-dan Ukrayna açıqlaması

nato-dan-ukrayna-aciqlamasi
Oxunma sayı: 1517

NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, Ukrayna gələcəkdə NATO üzvü olması üçün ilk növbədə suveren və müstəqil dövlət olaraq qalmalıdır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Stoltenberq bu haqda Rumıniyanın paytaxtı Buxarestdə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısının sonunda mətbuat konfransında danışıb.

“Hazırda ən aktual vəzifə Ukraynanın suveren və müstəqil ölkə kimi davam etməsini təmin etməkdir. Bunun üçün mümkün qədər çox hərbi, iqtisadi, maliyyə və humanitar dəstək veririk. Ukrayna suveren və müstəqil ölkə olaraq davam edə bilməsə, təbii ki, üzvlük məsələsi masada ola bilməz”, - Baş katib qeyd edib.