NATO-nun 9-10 iyul tarixli sammitinin yekun bəyannaməsində 2025-ci ildə Ukraynaya azı 40 milyard avro dəyərində silah-sursat veriləcəyi ilə bağlı müddəa yer alıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Sənəddə, həmçinin Ukraynaya hərbi tədarükün koordinasiyası və Ukrayna Silahlı Qüvvələri üçün hərbi təlimlərin təşkili ilə bağlı bütün funksiyaların alyansa verilməsi öhdəliyi var.