NATO Əfqanıstanda daha bir il qalacaq

nato-efqanistanda-daha-bir-il-qalacaq
Oxunma sayı: 710

NATO Əfqanıstandakı missiyasının müddətini daha bir il uzadıb.

Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, bu barədə NATObaş katibi Yens Stoltenberq bildirib.

Baş katib deyib ki, Varşava sammitində “Qətiyyətli dəstək” missiyasının 2016-cı ildən sonra da davam etdirilməsinə qərar verilib. Onun sözlərinə görə, NATO-nun Əfqanıstandakı missiyası qeyri-döyüş tapşırıqları yerinə yetirməyə davam edəcək.

Baş katib alyansın 2017-ci ildə də Əfqanıstanda hazırda olduğu qədər - 12 min əsgər saxlayacağını açıqlayıb.

Y. Stoltenberq onu da qeyd edib ki, ABŞ Əfqanıstanda döyüş əməliyyatlarında iştirak etməyə davam edəcək.

Bununla yanaşı, alyansa üzv ölkələrin liderləri Əfqanıstan Silahlı Qüvvələrini 2020-ci ilə kimi maliyyələşdirmək barədə qərar qəbul ediblər.