“Gürcü xalqı azadlıq, təhlükəsizlik və rifaha layiq olan qürurlu bir xalqdır. Buna görə də NATO gürcüləri gözləyir”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Ancey Duda deyib.
O, Polşanın NATO-ya inteqrasiya prosesində Gürcüstana kömək etmək üçün əlindən gələni edəcəyinə söz verib.
Prezident gürcülərə bütün maneələri və çətin dolanbacları aşa bilmək üçün əzmlə islahatlar həyata keçirməyi sürətləndirməyi tövsiyə edib.
O, nitqini gürcü şairi Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərindən bir sitatla yekunlaşdırıb:
“Dost dostu üçün ölümdən və bəladan qorxmamağa borcludur”.
Son xəbərlər
Son Xəbərlər