NATO ilə bəyannamə imzalandı

nato-ile-beyanname-imzalandi
Oxunma sayı: 944

Avropa Birliyi və NATO arasında bəyannamə imzalanıb.

“Qafqazinfo” xarici KİV-ə xəbər verir ki, əməkdaşlıq haqda razılaşma Varşavada əldə edilib. Bəyannamə alyansın baş katibi Yens Stoltenberq, Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker, və Aİ şurasının sədri Donald Tusk tərəfindən imzalanıb. Bildirilir ki, birgə əməkdaşlıq bəyannaməsi sayəsində Avropa İttifaqı və NATO hibrid təhlükə və təhdidlər, o cümlədən, miqrasiya məsələlərində ümumi çağırışları cavablandırmaq üçün resurslarını birləşdirəcəklər.

Aysel Kərimova