NATO İŞİD-ə qarşı döyüşlərdə iştirak etməyəcək.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri NATO baş katibi Yens Stoltenberq deyib:
“NATO hətta İŞİD-lə mübarizə koalisiyasına formal daxil olduğu halda belə döyüşlərdə iştirak etməyəcək. Ancaq texniki dəstək və milli qüvvələrin təlimi ilə məhdudlaşacaq”.
NATO-nun formal olaraq ABŞ-ın rəhbərliyi altında koalisiyaya daxil olub-olmayacağına gəlincə baş katib bildirib ki, bu məsələ müzakirə edilir. Stoltenberq bu məsələ ilə bağlı qərarın mayın 25-də NATO sammitində qəbul ediləcəyinə ümid etdiyini bildirib: “Əgər NATO koalisiyaya daxil olarsa, bu, NATO-nun rolunu dəyişməyəcək”.
Son xəbərlər
Son Xəbərlər