“Düşünürəm ki, strateji mexanizm çərçivəsində dövlət başçıları səviyyəsində məsləhətləşmələrin vaxtı çatıb”.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Liderlər Zirvəsi çərçivəsində LITEXPO Sərgi Mərkəzində ABŞ lideri Co Baydenlə görüşündə deyib.
“Bu gün NATO kənarındakı bu görüşü ona doğru ilk addım kimi görürəm. Əvvəlki görüşlərimiz isinmə hərəkətləri kimi idi, amma indi yeni bir prosesə başlayırıq. Təbii ki, bu yeni proses mənim üçün beş illik bir prosesdir, indi sizdə də seçkiyə hazırlıqlar var. Bu seçki hazırlıqlarınızda əvvəlcədən sizə uğurlar arzulayıram”, - Türkiyə lideri əlavə edib.

Son xəbərlər
Son Xəbərlər