NATO müdafiə nazirlərinin görüşü keçiriləcək

nato-mudafie-nazirlerinin-gorusu-kecirilecek
Oxunma sayı: 838

İyunun 15-16-sı Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı NATO yayıb.

Məlumata görə, iclas Ukrayna, Gürcüstan, Finlandiya və İsveç nümayəndələrinin iştirakı ilə baş tutacaq. 
Bununla belə, iyunun 15-i Ukrayna ilə bağlı təmas qrupunun iclası da keçiriləcək. Tədbirlərin detallı gündəliyi iclasın başlama tarixlərinə yaxın açıqlanacaq.