“NATO-nun açıq qapı siyasəti köhnə turniketləri xatırlatmamalıdır”

“NATO-nun açıq qapı siyasəti köhnə turniketləri xatırlatmamalıdır”
Oxunma sayı: 1193

“Bizə nə lazım olduğunu deyə bilərəm: bizə təhlükəsizlik zəmanətləri lazımdır və siz ümumi təhlükəsizlik məkanında Ukraynaya yer tapmalısınız”.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO sammitində onlayn formatda çıxışı zamanı deyib.

Zelenski, həmçinin Ukraynaya maliyyə və hərbi yardım göstərməyə də çağırıb. Onun sözlərinə görə, ölkəyə müasir raketəleyhinə və hava hücumundan müdafiə vasitələri lazımdır.

Bununla yanaşı, alyansa yeni üzvlərin daxil olması ilə bağlı NATO-nun siyasətinə toxunan Zelenski sözügedən bu siyasəti Kiyev metrosunun köhnə turniketləri ilə müqayisə edib:

“NATO-nun açıq qapı siyasəti Kiyev metrosunun köhnə turniketlərini xatırlatmamalıdır. Onlar açıqdırlar, sən yaxınlaşdıqda isə turniketlər bağlanır və ödəniş etmədikcə açılmır. Məgər Ukrayna artıq kifayət qədər ödəniş etməyib?”