“NATO-nun Baş katibi reallıqla əlaqəsini itirib” - Lavrov

nato-nun-bas-katibi-realliqla-elaqesini-itirib
Oxunma sayı: 1824

“NATO-nun Baş katibi artıq reallıqla əlaqəsini itirib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO-nun Baş katibi Yens Stoltenberqin şərq cinahda Şimali Atlantika Müqaviləsi Təşkilatının hərbi mövcudluğunun genişləndirilməsi imkanları barədə açıqlamasını şərh edərkən deyib.

“Bilirsiniz ki, mən onun açıqlamalarını artıq uzun müddətdir ki, ciddi qəbul etmirəm. Fikrimcə, o, artıq reallıqla əlaqəsini itirib”, - deyə Lavrov əlavə edib.

Qeyd edək ki, Stoltenberq “CNN” telekanalına müsahibəsində bildirib ki, NATO şərq cinahında öz mövcudluğunu genişləndirməyi davam etdirmək imkanlarını nəzərdən keçirir. O, həmçinin vurğulayıb ki, NATO Ukraynada döyüş qüvvələri yerləşdirməyəcək.

Xatırladaq ki, bir müddət öncə Lavrov Stoltenberqə vəzifəsindən istefa verməsini təklif etmişdi.