“NATO-nun bütün hərbi infrastrukturu Rusiyaya qarşı işləyir”

nato-nun-butun-herbi-infrastrukturu-rusiyaya-qarsi-isleyir
Oxunma sayı: 1359

 “Biz NATO peykləri də daxil olmaqla bütün hərbi infrastrukturun Ukraynanın maraqları üçün Rusiyaya qarşı işlədiyini görürük”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, Rusiya və ABŞ arasında qitələrarası nüvə ballistik raket imkanlarını cilovlamağı hədəfləyən Yeni Strateji Silahların Azaldılması Müqaviləsinin (START) vacibliyini vurğulayıb.

Peskov Rusiyanın razılaşmanın davam etdirilməsinə böyük əhəmiyyət verdiyini deyib:

“Əslində bu, ABŞ-nin təhlükəsizlik və silahlara nəzarət üçün bütün hüquqi və müqavilə çərçivələrini məhv etdiyi üçün qüvvədə qalan yeganə müqavilədir”.

Kremlin sözçüsü Ukraynaya yeni uzaqmənzilli raketlərin göndərilməsinin mümkünlüyünü də qiymətləndirib:

“Bu, gərginliyi artırmaq üçün bir yoldur və bizdən əlavə səylər göstərməyi tələb edəcək. Lakin bu, hadisələrin gedişatını dəyişməyəcək və xüsusi hərbi əməliyyat davam edəcək”.