NATO-nun müdafiəsində boşluq aşkar edilib

nato-nun-mudafiesinde-bosluq-askar-edilib
Oxunma sayı: 1336

NATO təcili diqqət tələb edən altı sahədə müdafiə ilə bağlı problemləri müəyyən edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunur ki, alyans hazırda təcili problemlərin həlli üçün planlar hazırlayır.

Nəşr vurğulayır ki, bunlara hava hücumundan müdafiə vasitələrinin, uzaqmənzilli raketlərin, qoşunların sayının, döyüş sursatlarının çatışmazlığı, eləcə də maddi-texniki təchizatla bağlı çətinliklər və döyüş meydanında təhlükəsiz kommunikasiyaların olmaması daxildir.