NATO-nun rəsmi himni təsdiqləndi

nato-nun-resmi-himni-tesdiqlendi
Oxunma sayı: 1241

NATO 29 ildir müxtəlif tədbirlərdə çalınan musiqini rəsmi himn kimi qəbul edib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, qurumun 40-cı ildönümü üçün Lüksemburq Hərbi Orkestrinin dirijoru Andre Reyxlinq tərəfindən 1989-cu ildə bəstələnmiş “NATO himni” Alyansın tarixindəki ilk rəsmi himn oldu.

Məlumat üçün bildirək ki, NATO üçün himn fəaliyyətləri 1950-ci illərə gedib çıxır. 1958-ci ildə ingilis Hildebrand Preston o dövrdə Fransanın paytaxtı Parisdə olan NATO qərargahına gedən yüksək səviyyəli qonaqların qarşılanmasında istifadə edilən mərasim himnini bəstələyib.

NATO-nun 10-cu ili olan 1959-cu ildə isə Almaniya Hava Qüvvələrinin kapitanı Hans Lorenz tərəfindən bəstələnən, mətni isə hollandiyalı Ştefanus van Dam və amerikalı Leon van Leuven tərəfindən yazılan “NATO mahnısı”ndan istifadə edilib.