NATO-nun yeni Baş katibi Boris Conson ola bilər

nato-nun-yeni-bas-katibi-boris-conson-ola-biler
Oxunma sayı: 2359

NATO-nun yeni Baş katibi Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson ola bilər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Conson bunu jurnalistlərə açıqlaması zamanı deyib.

"Belə bir fikrim var. Özümü namizəd kimi görürəm. Bu, çox yaxşı və vacib mövqedir. NATO indi həmişəkindən daha da güclüdür”, - deyə Conson vurğulayıb.

Qeyd edək ki, NATO-nun Baş katibi Yens Stoltenberq 2023-cü ilin payızında vəzifəsini tərk etmək niyyətində olduğunu bildirib.