NATO-nun yeni strateji konsepsiyası qəbul olundu

nato-nun-yeni-strateji-konsepsiyasi-qebul-olundu
Oxunma sayı: 1372

NATO-nun Madrid Sammitində Şimali Atlantika Alyansının 30 üzvü tərəfindən yeni strateji konsepsiya təsdiq edilib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, sənəddə deyilir:

“NATO-nun müdafiə alyansı olduğuna baxmayaraq, heç kəs bizim müttəfiq ərazinin hər bir qarışını müdafiə etmək, bütün müttəfiqlərin ərazilərinin suverenliyi və bütövlüyünü qorumaq və istənilən təcavüzkarı məğlub etmək üçün gücümüzə və qətiyyətimizə şübhə etməməlidir”.

Qeyd edək ki, sənəddə bəndlərin böyük hissəsi NATO-nun Ukraynada hərbi əməliyyatların təsiri altında qarşılaşdığı yeni reallığa həsr olunub.