NATO nüvə təlimləri keçirəcək

nato-nuve-telimleri-kecirecek
Oxunma sayı: 1595

NATO ölkələri gələn həftə “Steadfast Noon” adlı hər il baş tutan nüvə təlimi keçirəcəklər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda NATO-nun Baş katibi Yens Stoltenberq açıqlama yayıb.

Stoltenberq NATO-nun hər ilin oktyabr ayında keçirdiyi təlimin gələn həftə İtaliya, Xorvatiya və Aralıq dənizində keçiriləcəyini bildirib.

Təlimdə çoxlu döyüş, müşahidə və tanker təyyarələrinin, eləcə də uzaqmənzilli bombardmançı B-52-nin iştirakı gözlənilir.