NATO-nun Qərb müttəfiqləri 4 batalyon, təxminən 4 min hərbçini Rusiya ilə sərhədə yerləşdirməyə hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin yazdığına görə, Baltikyanı ölkələrə 2 batalyonu ABŞ göndərəcək, Almaniya və Böyük Britaniya isə hərəsi bir batalyon hərbçi göndərəcək. ABŞ müdafiə nazirinin müavini Robert Uork NATO-nun Baltikyanı ölkələrə yerləşdirəcəyi hərbçi sayını təsdiqləyib. O qeyd edib ki, Şimali Atlantika Alyansının bu addımı Rusiyanın adıçəkilən regionda artan fəallığına cavabdır:
“Ruslar həmin sərhədlər yaxınlığında böyük hərbçi sayı ilə çoxlu sayda təlimlər keçiriblər. Biz hesab edirik ki, bu, fövqəladə təxribatçı hərəkətdir”.
Son xəbərlər
Son Xəbərlər