NATO Polşa və Baltikyanı regionda təlimlər keçirir

nato-polsa-ve-baltikyani-regionda-telimler-kecirir
Oxunma sayı: 806

NATO Polşa və Baltikyanı ölkələrdə hava hücumundan müdafiəni təkmilləşdirmək üçün təlimlər keçirir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Ramstein Legacy 22” adlanan və 6-10 iyun tarixləri arasında planlaşdırılan təlimdə döyüş təyyarələri, hava və raketdən müdafiə sistemlərindən istifadə edilir.

Litva, Latviya və Estoniyada keçirilən təlimlərdə Polşadan başqa NATO müttəfiqləri və tərəfdaşlarından 17 ölkə iştirak edir.

NATO-nun təlimlə bağlı açıqlamasında Rusiya-Ukraynaya müharibəsindən sonra Alyans ölkələrinin sərhədləri yaxınlığında raket, pilotsuz uçuş aparatları və döyüş təyyarələrindən istifadənin artdığı bildirilərək səhv hesablamalar və nəzarətin itirilməsi kimi ehtimallarla NATO regionu üçün təhlükənin artdığı qeyd olunub.

“Rusiyanın Ukraynaya təcavüzündən sonra mövcud təhlükəsizlik vəziyyətini nəzərə alsaq, bu kimi genişmiqyaslı təlimlər NATO üçün indi hər zamankındən daha vacibdir”, - NATO Müttəfiq Hava Komandanlığının komandanı təlimlə bağlı verdiyi açıqlamasında bildirib.