Prezident Aleksandr Lukaşenko Belarusdakı vəziyyətin gərginləşdirilməsi üçün NATO-nun hərbi dəstək verdiyini iddia edib.
“Qafqazinfo” xəbər verir ki, Lukaşenko bu barədə Qrodno şəhəri yaxınlığındakı hərbi təlim poliqonuna səfəri zamanı deyib.
“Hərbi dəstək göz qabağındadır - NATO qoşunları sərhədlərə doğru hərəkət edir. Hamısı guya yeni prezidenti bura gətirməyə çalışır. O (Svetlana Tixanovskaya- red.), qərb dövlətlərinə, bu vəziyyətdə isə NATO-ya əhalini qorumaq üçün müraciət edir. Qoşun yeridirlər, bununla Belarusun sonu ola bilər”,-deyə A. Lukaşenko qeyd edib.
Son xəbərlər
Son Xəbərlər