NATO qoşunlarını Əfqanıstandan çıxarır - Tarix açıqlandı

nato-qosunlarini-efqanistandan-cixarir
Oxunma sayı: 2118

NATO qoşunlarını mayın 1-dən etibarən Əfqanıstandan çıxaracaq.

“Qafqazinfo” xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq NATO Şurasının müdafiə və xarici işlər nazirlərinin iclasından sonra ABŞ dövlət katibi Entoni Blinken və ABŞ müdafiə naziri Lloyd Austinlə keçirdiyi mətbuat konfransında deyib.

O bəyan edib ki, NATO-ya üzv ölkələr Əfqanıstandan çıxmaq qərarında həmrəydirlər:

“Bu gün Əfqanıstandakı varlığımızın gələcəyi haqqında qərar verdik. Əfqanıstanda 10 min NATO əsgəri var və bunun çoxu ABŞ hərbçisi deyil.

Son həftə və aylarda Əfqanıstandakı varlığımız haqqında fikir mübadiləsi aparırdıq. ABŞ-ın çəkilmə qərarı işığında NATO müdafiə və xarici işlər nazirləri hansı yolu izləyəcəyimizi bu gün müzakirə etdi və NATO Qərarlı Dəstək Missiyası qüvvələrinin 1 maydan etibarən çəkilməyə başlamasına qərar verdi.

Çəkilmə prosesi koordinasiyalı, müntəzəm və diqqətlə olacaq. Bütün əsgərlərin çıxarılmasını bir neçə ay içində tamamlamağı planlaşdırırıq.

Bu müddətdə Talibanın hərbçilərimizə qarşı hər hansı bir hücumuna qarşılıq veriləcək. Əfqanıstana birgə getdik, mövqeyimizi birgə sərgilədik və birgə çıxma mövzusunda birlik içərisindəyik”.