“NATO regionda təhlükəsizliyin yeganə effektiv təminatına çevrilib”

nato-regionda-tehlukesizliyin-yegane-effektiv-teminatina-cevrilib
Oxunma sayı: 1040

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hücumu qarşısında NATO-nun regionda təhlükəsizliyin yeganə effektiv təminatına çevrildiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, Zelenski bu haqda sosial media hesabında açıqlama verib.

Finlandiyanı NATO-ya üzv olması münasibəti ilə təbrik edən Zelenski, “Rusiyanın təcavüzü qarşısında alyans regionda təhlükəsizliyin yeganə təsirli qarantına çevrilib”, - deyib.

Zelenski həmçinin NATO-nun 11-12 iyulda keçiriləcək Vilnüs sammitinin Ukraynanı Avro-Atlantik hədəfinə yaxınlaşdıracağına ümid etdiyini bildirib.