“NATO Rusiyanın Ukrayna ilə sərhəddə hərbi manevrlərini izləyəcək”

nato-rusiyanin-ukrayna-ile-serhedde-herbi-manevrlerini-izleyecek
Oxunma sayı: 976

NATO Moskvanın qoşunlarını Ukrayna ilə sərhəddən geri çəkmək qərarını alqışlayır, lakin vəziyyətin gələcək inkişafını diqqətlə izləyəcək.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə blokun qərargahında Slovakiya Baş naziri Eduard Hegerlə birgə mətbuat konfransında bildirib.

“Biz gərginliyin azalmasının şahidi olduq ki, bu da əlbəttə, bizim tərəfimizdən alqışlanır. Eyni zamanda, bundan sonra biz vəziyyəti müşahidə edəcəyik və onun inkişafını çox diqqətlə izləyəcəyik”, - o deyib.

Onun sözlərinə görə, NATO Rusiyanın Ukrayna sərhədləri ətrafında hərbi gücünü artırmağı dayandıracağını və siyasi prosesə qoşulacağını gözləyir.

Baş katib yenidən alyansın Ukrayna hökuməti ilə həmrəy olduğunu bəyan edib.

O, həmçinin Rusiyanın davranış modeli və Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmətin olmaması ilə bağlı narahatlığını ifadə edib.

Stoltenberq bildirib ki, NATO üzrə müttəfiqlər Ukraynaya islahatların həyata keçirilməsində, həmçinin müdafiə və təhlükəsizlik sahələrində modernləşmədə yardım göstərməkdə davam edəcəklər.