NATO sammitini qorumaq üçün Litvaya texnika göndərdilər

nato-sammitini-qorumaq-ucun-litvaya-texnika-gonderdiler
Oxunma sayı: 1423

İspaniya NATO-nun Vilnüsdə keçiriləcək sammitinin təhlükəsizliyinin təmin olunması üçün Litvaya “NASAMS” zenit-raket kompleksi göndərəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İspaniyanın “ABC” qəzeti yayıb.

Kompleks İspaniyanın Latviyada yerləşən Lielvarde hərbi bazasından göndəriləcək.

Bununla yanaşı, tədbirin təhlükəsizliyinin təşkili məqsədilə hərbi bazadan təqribən 85 ispaniyalı hərbçi də Litvaya yollanacaq.

Daha əvvəl yayılan məlumata görə isə, Almaniya sammitin mühafizəsi üçün Slovakiyadan “Patriot” zenit-raket kompleksini Litvaya göndərəcək.

Qeyd edək ki, NATO sammiti Vilnüsdə iyulun 11-12-si baş tutacaq.