“NATO sərhədlərimizə yaxınlaşıb” - Rusiya

nato-serhedlerimize-yaxinlasib
Oxunma sayı: 2409

"NATO sərhədlərimizə yaxınlaşıb".

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu KTMT-nin Müdafiə Nazirləri Toplantısında çıxışı zamanı deyib.

Şərqi Avropada kollektiv təhlükəsizlik vəziyyətinin xeyli pisləşdiyini deyən Şoyqu NATO-nun şərqə doğru genişləndiyini və Rusiya ərazisi yaxınlığında hücum silahlarının yerləşdirildiyini qeyd edib.

Şoyqu bildirib ki, Rusiyanın səylərinə baxmayaraq, əsas problemlərin həlli ilə bağlı Qərbin təklifləri nəzərə alınmayıb.

Onun sözlərinə görə, ABŞ mövcud beynəlxalq təhlükəsizlik arxitekturasını tamamilə aradan qaldırmaq üçün kurs müəyyən edib.

“Şimali Atlantika Alyansı sərhədlərimizə yaxınlaşıb və döyüş potensialını əhəmiyyətli dərəcədə artırıb. Ukraynanın NATO-ya daxil olması və onun ərazisində koalisiya hərbi infrastrukturunun yerləşdirilməsi üçün səylər gücləndirilib.

Ukrayna bizə düşmən olan, təzyiq vasitəsi kimi istifadə edilən dövlətə çevrilib. Bundan əlavə, Ukraynanın nüvə silahlarının və onların çatdırılma vasitələrinin yaradılması ilə bağlı real təhlükə var”, - nazir əlavə edib.