NATO “Şimal axını”ndakı qəzaları təxribat adlandırdı

nato-simal-axinindaki-qezalari-texribat-adlandirdi
Oxunma sayı: 1100

“NATO “Şimal axını” qaz kəmərlərində baş verən sızmanın təxribat nəticəsində baş verdiyini hesab edir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə NATO-nun yaydığı bəyanatda qeyd olunub.

Bildirilir ki, alyans ölkələrinin vacib infrastrukturuna edilən istənilən hücuma qətiyyətli cavab veriləcək.

“NATO məsələ ilə bağlı araşdırmanın aparılmasını dəstəkləyir”, - deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində 3 yerdə sızma halı qeydə alınıb. Bu gün isə İsveçin Sahil Mühafizə Xidməti qaz kəmərlərində dördüncü sızma halını qeydə alıb. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell sözügedən qaz kəmərlərində qeydə alınan sızmanın qəsdən törədilmiş əməllərin nəticəsi olduğunu iddia edib.