Şimali Atlantika Alyansı Suriyaya raket zərbələrini dəstəkləyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq bəyan edib:
“Mən Birləşmiş Ştatlar, Böyük Britaniya və Fransanın Suriya rejiminə aid kimyəvi silah obyektlərinə dair atdıqları addımları dəstəkləyirəm. Bu, rejimin gələcəkdə Suriya əhalisinə kimyəvi hücum imkanlarını məhdudlaşdıracaq”.
Xatırladaq ki, aprelin 14-ü gecə ABŞ, Böyük Britaniya və Fransa Suriyaya raket hücumu endiriblər.
Son xəbərlər
Son Xəbərlər