NATO Türkiyədəki sistemləri işə salacaq

nato-turkiyedeki-sistemleri-ise-salacaq
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Fars” agentliyi xəbər verib. Məlumatda qeyd edilir ki, Türkiyə hələ bu məlumatı təsdiq etməsə də, İran rəsmi şəkildə Türkiyəyə etirazını ifadə edib. İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi-hava qüvvələrinə rəhbərlik edən general Əli Hacızadə isə bəyan edib ki, ehtiyac olacağı təqdirsə İran Türkiyədə yerləşən NATO radar sistemlərini vuracaq.

Qeyd edək ki, NATO-nun RƏMS-ləri Türkiyənin Malatya əyalətində yerləşdirilib. Bununla bağlı İranın Xarici İşlər və Müdafiə nazirləri, ölkənin ali dini liderinin baş məsləhətçisi narahatlıqlarını ifadə etmişdilər.

Səidə