NATO-Ukrayna Şurasının iclası keçiriləcək

nato-ukrayna-surasinin-iclasi-kecirilecek
Oxunma sayı: 2007

NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevin tələbi ilə yanvarın 10-da daimi nümayəndələr səviyyəsində NATO-Ukrayna Şurasını çağıracaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə alyansın rəsmi nümayəndəsi Dilan Uayt “X” sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, şura Rusiyanın son raket hücumları və pilotsuz təyyarələrin zərbələrindən sonra Ukraynanın tələbi ilə baş tutacaq.