“Ukraynanın NATO-ya qəbulu məsələsinə baxılması yalnız ölkə ərazisində münaqişə bitdikdən sonra mümkündür”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel NATO-nun Baş katibi Yens Stoltenberqlə danışıqlardan sonra deyib.
Siyasətçi Qərb ölkələrini Ukraynaya uzunmüddətli və hərtərəfli dəstək verməyə davam etməyə çağırıb.
“Bizim Ukraynanı dəstəkləməkdən başqa alternativimiz yoxdur”, - Çexiya lideri bildirib.
Son xəbərlər
Son Xəbərlər