“NATO üzvlərində bu cəsarəti görmürəm” - Zelenski

nato-uzvlerinde-bu-cesareti-gormurem
Oxunma sayı: 7896

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın NATO-ya daxil olması məsələsinə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, Ukraynanın NATO-ya daxil olması ilə bağlı razılaşdırılmış mövqe olmadığını qeyd edib.

“Ukraynanı NATO-ya qəbul etmək üçün razılaşdırılmış mövqe yox idi. Mən Ukraynanın NATO-ya qəbulu ilə bağlı razılaşdırılmış mövqe görmürəm. Mən eşidə bilmirəm. Düşünürəm ki, NATO liderləri bu cür görüşlərdə ukraynalıların həyatı üçün mövqe görüşləri yoxdur”, - Zelenski mətbuat konfransında bildirib.

O əlavə edib ki, əgər Ukrayna səmasının bağlanması və bəzi silahların verilməsi məsələsini həll etmək mümkün deyilsə, o zaman burada fəlsəfi sual yaranır.

“Təəssüf ki, bu ritorikdir. Buna cavab yoxdur. Ukraynanın isə bu suala cavabı ola bilməz, çünki biz NATO-da deyilik. Mən Ukrayna naminə birləşmək üçün NATO üzvlərində bu cəsarəti görmürəm”, - Zelenski deyib.