Fransa prezidentliyinə namizəd Marin Le Penin seçki öncəsi proqramı məlum olub.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, prezident olacağı təqdirdə Fransanı NATO hərbi ittifaqından çıxarağını qeyd edib.
Bundan əlavə ölkənin Avropa İttifaqını (Aİ) tərk etməsi üçün referendum da keçirəcəyini bildirib.
Le Penin seçki öncəsi proqramında 144 məsələ qeyd edilib.
Onun sözlərinə görə, "Fransanın maraqlarına cavab verməyən müharibəyə qoşulmamaq" üçün ölkəsinin NATO-da çıxması lazımdır.
Le Pen həmçinin hərbi xərcləri 3% daha artırmağı və hərbi sənayeni inkişaf etdirməyin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Fransada president seçkilərinin birinci turu aprelin 23-də keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər