NATO xərclərini 3 milyard dollara qədər artırdı - Rusiyaya görə

nato-xerclerini-3-milyard-dollara-qeder-artirdi
Oxunma sayı: 872

NATO-ya üzv ölkələrin müdafiə xərcləri alyansın qiymətləndirməsinə görə, bu il 3 milyard dollara qədər artacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq bəyanat verib.

Bundan başqa, Stoltenberq NATO-nun Baltikyanı ölkələr və Polşaya 4 batalyon yerləşdirəcəyini təsdiqləyib.

Alyans rəhbərliyi Şərqi Avropada müdafiə və hərbi fəallığa görə xərclərin artırılmasını Rusiya tərəfindən artan təhlükə ilə əlaqələndirib.