NATO XİN başçıları sabah bu məsələlər üçün toplanır

nato-xin-bascilari-sabah-bu-meseleler-ucun-toplanir
Oxunma sayı: 1236

NATO-ya üzv ölkələrin xarici işlər nazirləri sabah alyansın Brüsseldəki mənzil-qərargahında bir araya gələcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə bir çox məsələlər müzakirə ediləcək.

NATO görüşündə müxtəlif problemlər, xüsusən də Ukraynadakı proseslər ətrafında fikir mübadiləsi aparılacaq.

Mərasimdə Finlandiya Prezidenti Sauli Niinistö də iştirak edəcək və ölkənin bayrağı NATO-nun mənzil-qərargahında qaldırılacaq.