NATO xüsusi nümayəndəsi Azərbaycana gəlir

nato-xususi-numayendesi-azerbaycana-gelir
Oxunma sayı: 1220

“Gələn həftə Qafqaza ilk səfərimi səbirsizliklə gözləyirəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolomina Tvitter hesabında yazıb.

“Yeni təyin olunduğum NATO-nun Qafqaz və Mərkəzi Asiyadakı xüsusi nümayəndəsi vəzifəsində NATO-nun Qafqazda iştirakını genişləndirməyin yollarını müəyyənləşdirmək üçün Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcəyəm”, - diplomat qeyd edib.