“Ukrayna ən qısa zamanda NATO-ya üzvlük qazanacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu gün keçirdiyi brifinqdə deyib.
Ukrayna lideri bildirib ki, alyansın Vaşinqtonda keçirilən sammiti zamanı ölkəsi üzvlük üçün dəvət almayıb: “Lakin bunun üçün kifayət qədər əsaslar var idi. Müharibədən sonra hər şey dəyişməlidir”.