“NATO-ya üzvlüklə bağlı Macarıstanla danışığa girməyəcəyik”

nato-ya-uzvlukle-bagli-macaristanla-danisiga-girmeyeceyik
Oxunma sayı: 2426

“İsveç Macarıstanla NATO-ya üzvlüklə bağlı danışıqlar aparmayacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristerson yerli televiziya kanalı TV4-ə müsahibəsində bildirib.

“Budapeştə getdiyim üçün xoşbəxtəm. NATO-ya üzvlüklə bağlı danışıqlar aparmırıq, bu mövzuda heç bir danışıqlara getməyəcəyik. Biz yalnız NATO-da əməkdaşlıq etmək barəsində danışa bilərik”.

Baş nazir gələn həftə Avropa Şurasında macar həmkarı Viktor Orbanla görüşəcəyini deyib.

Budapeştə səfərlə bağlı suala isə belə cavab verib:

“Bunun üçün bir tarix müəyyən etmək lazımdır, belə işlər tələsik alınmır. Düşünürəm ki, Orbanın da cədvəli, mənimki kimi, olduqca doludur”.