“NATO-ya üzvlüklə bağlı Türkiyə ilə danışıqlar davam etdiriləcək”

nato-ya-uzvlukle-bagli-turkiye-ile-danisiqlar-davam-etdirilecek
Oxunma sayı: 1271

“Finlandiya və İsveç nümayəndə heyətləri arasında NATO-ya üzvlüklə bağlı Türkiyə ilə danışıqlar konstruktiv keçib və bu danışıqlar davam etdiriləcək”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi və Finlandiya Prezidentinin Ofisi məlumat yayıb. 

"Bu gün Ankarada Finlandiya, İsveç və Türkiyə rəsmiləri arasında Finlandiya və İsveçin NATO-ya üzvlüyü və Türkiyənin üzləşdiyi təhlükəsizlik problemləri ilə bağlı danışıqlar aparılıb. Konstruktiv ruhda aparılan dialoqun davam etdirilməsi qərara alınıb», - məlumatda deyilir.