“NATO yeni “soyuq müharibə” istəmir” - Stoltenberq

nato-yeni-soyuq-muharibe-istemir
Oxunma sayı: 719

Şimali Atlantika Alyansı (NATO) Rusiya ilə “silah yarışı” və ya yeni "soyuq müharibə"nin başlanmasını istəmir.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq ABŞ prezidenti Donald Tramp ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

“Mən qəti əminəm ki, Rusiyanı saxlamağın yeganə üsulu - bu güclü olmaqdır. Ancaq sürətlə silahlanmadan, yeni “soyuq müharibə”dən və gərginliyin artmasından qaçmağın yeganə yolu - bu Rusiyanı siyasi dialoqa cəlb etdirmək", deyə Y.Stoltenberq qeyd edib.