Navalnı ilə vida mərasimi bu tarixədək baş tutacaq

navalni-ile-vida-merasimi-bu-tarixedek-bas-tutacaq
Oxunma sayı: 1535

Rusiyalı müxalif siyasətçi Aleksey Navalnı ilə vida mərasiminin martın 1-nə qədər keçirilməsi planlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Navalnının mətbuat katibi Kira Yarmış “X” hesabında məlumat verib.

“Biz bu iş həftəsinin sonunadək Alekseylə vida mərasimi üçün zal axtarırıq. Uyğun binanız varsa, bizimlə əlaqə saxlayın”, - Yarmış bildirib.

Qeyd edək ki, fevralın 16-sı cəzaçəkmə müəssisəsində qəflətən ölən Aleksey Navalnının cənazəsi fevralın 24-də anası Lyudmila Navalnayaya təhvil verilib.