Navalnı təyyarə ilə Almaniyaya aparıldı

navalni-teyyare-ile-almaniyaya-aparildi
Oxunma sayı: 3585

Müxalifət lideri Aleksey Navalnının olduğu təyyarə Omskdən Berlinə uçub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarə yerli vaxtla saat 08:00-da (Moskva vaxtı ilə 05:00) Omsk hava limanından havaya qalxıb. 

“FlightRadar”a görə, “Bombardier Challenger 604” təyyarəsi Omskdan Schoenefeld hava limanına uçur.

Qeyd edək ki, Navalnı müalicə üçün Berlindəki “Charite” klinikasına yerləşdiriləcək.