Navalnı xəstəxanaya yerləşdirildi

navalni-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 2408

Rusiyada həbsdə olan müxalif Aleksey Navalnı tənəffüs çətinliyi səbəbindən xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.

Navalnı xəstəxanada koronavirus testindən də keçib. Ancaq onun yoluxub-yoluxmadığı ilə bağlı açıqlama verilməyib.

O, daha əvvəlki açıqlamasında yüksək temperatur və şiddətli öskürək problemi olduğunu dilə gətirib.

Qeyd edək ki, A.Navalnı martın sonunda saxlanıldığı həbsxanada tibbi yardım tələbinin rədd edilməsindən sonra aclıq aksiyasına başlayıb.