Navalnının qardaşı ev dustaqlığına göndərildi

navalninin-qardasi-ev-dustaqligina-gonderildi
Oxunma sayı: 876

Moskvanın Tversk rayon məhkəməsi müxalifətçi bloger Aleksey Navalnının qardaşı Oleq Navalnını ev dustaqlığına göndərib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Oleqə qarşı sanitar-epidemioloji normaları pozaraq sosial şəbəkə vasitəsilə insanları mitinqə çağırması ittihamı irəli sürülüb.

Müxalifətçinin qardaşı martın 23-dək ev dustağı olacaq.